Adından söz etdirən azərbaycanlı vingerin Türkiyə klubuna keçidi niyə yubanır?

7 İyun 19:20 Azərbaycan Futbolu 456
Adından söz etdirən azərbaycanlı vingerin Türkiyə klubuna keçidi niyə yubanır?

Başa çatan mövsüm uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Rüfət Abdullazadə hələ də "Səbail"ə məxsusdur.

Halbuki yarımmüdafiəçinin mövsüm bitər-bitməz Birinci Liqaya yuvarlanan komandadan ayrılacağı ehtimal olunurdu.

Bəs nə baş verir?

Yubanmaya tək səbəb 24 yaşlı vingerin özüdür.

Belə ki, onun xidmətində yerli klublardan bir neçəsi ciddi maraqlanır.

Hətta arasında müqavilə ilə məxsus olduğu Bayıl təmsilçisinə təzminat ödəməyə hazır olanları da var.

Amma Rüfət legioner həyatı yaşamaqda maraqlıdır.

Bu səbəbdən əsas prioriteti ölkə xaricinə yollanmaqdır.

Türkiyə klublarından ona ciddi təkliflər var.

"Səbail"in böyük məbləğdə təzminat istəyi danışıqların uzanmasını şərtləndirən əsas amildir.

24 yaşlı futbolçu bir müddət də gözləməyi qərara alıb.

Əgər legioner həyatı yaşamaq istəyi baş tutmasa, elita təmsilçilərindən biri ilə anlaşmağa qərar verəcək.

Rüfətin 2024/25 mövsümündə meydana çıxdığı 37 görüşdə 7 qol, 8 məhsuldar ötürmə ilə yadda qaldığını bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti