AFFA hamını komputerin başına yığdı, onlayn toplantı keçirdi

3 Fevral 02:10 Azarkeş 268
AFFA hamını komputerin başına yığdı, onlayn toplantı keçirdi

Sportinfo.az xəbər verir ki, AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər üçün növbəti - III onlayn seminar təşkil olunub.

Milli assosiasiyanın mətbuat xidmətindən verilən məlumata görə, seminarda azarkeşlərlə əlaqələndirici şəxslər və əlil azarkeşlərlə əlaqələndirici şəxslər ilə əlil azarkeşlərlə bağlı əlaqəli olan yerli və xarici təşkilatlar, stadionlarda əlil azarkeşlər üçün infrastruktur və digər mövzular barədə məlumat verilib.

Əlil azarkeşlərlə əlaqələndirici şəxslərin fəaliyyəti üçün faydalı materiallar paylaşılıb.

“Qarabağ”ın nümayəndəsi Elnur Əliyev UEFA və FSE (Football Supporters Europe) tərəfindən azarkeşlərlə əlaqələndirici şəxslər üçün keçirilmiş iclasda baş vermiş hadisələri və təşkilatın gələcək planları haqqında bəhs edib.

Digər Xəbərlər
Xəbər Lenti