Bir gündə 1,2 milyon sifariş - Mundiala böyük maraq var

21 Yanvar 2022 15:30 Azarkeş 379
Bir gündə 1,2 milyon sifariş - Mundiala böyük maraq var

Qətərdə keçiriləcək dünya çempionatına azarkeşlər böyük maraq göstərirlər.

Sportinfo.az xəbər verir ki, FİFA yanvarın19-da bilet satışı ilə bağlı qeydiyyata başlayandan sonra böyük tələbat yaranıb.

Belə ki, 24 saat ərzində FİFA-ya 1,2 milyondan çox sifariş gəlib.

FİFA-nın rəsmi saytı xəbər verir ki, ən çox tələb Qətərdən gəlib.

Argentina, Meksika, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya və Fransadan olan fanatlar da mundiala böyük maraq göstərirlər.

Final matçı üçün 140, açılış oyunu üçün isə 80 mindən çox bilet tələb olunub. Bilet satışının birinci mərhələsi fevralın 8-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti