UEFA AVRO-2020-nin vaxtını dəyişməyə hazırlaşır?

29 Fevral 2020 14:22 AÇ-2020 1 283
UEFA AVRO-2020-nin vaxtını dəyişməyə hazırlaşır?

UEFA İtaliyada yayılmış koronavirusa görə AVRO 2020-nin vaxtını dəyişməyəcək.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatı nəzərdə tutulan vaxtda Romada başlayacaq.

Qrumdan verilən məlumata görə, federasiya koronavirusun yayılmasına görə daim təşkilatçılar və yerli hakimiyyət orqanları ilə əlaqədədir. Hazırda planlaşdırılmış vaxtın dəyişməsinin heç bir mənasının olmadığı bildirilib.

Məlumatda məsələnin diqqətdə saxlanıldığı da qeyd edilib. “Avro-2020”nin oyunları 12 iyun – 12 iyul aralığında Avropanın 12 şəhərində keçiriləcək. Çempionatın 4 oyunu Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”