"Türkləri Bakıda qonaq etməyi səbirsizliklə gözləyirik"

15 Fevral 2020 14:36 AÇ-2020 1 093
"Türkləri Bakıda qonaq etməyi səbirsizliklə gözləyirik"

"Türkiyəli azarkeşləri qonaq etməyi səbirsizliklə gözləyirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə mətbuatına açıqlamasında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

"Ay-ulduzlular"ın AVRO-2020-də qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcəyini xatırladan F.Zenqstşmid əyləncəli anları birgə yaşamaq və bir çox gizli cövhəri kəşf etmək üçün türkiyəli azarkeşləri Azərbaycan paytaxtına dəvət edib.

Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakıda keçiriləcək. Türkiyə millisi iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə qarşılaşmalarını Bakı Olimpiya Stadionunda oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM