“Qarabağ”ın Avroliqa qazancı - 3 milyon 870 min avro

13 Dekabr 2019 09:53 Avropa Liqası 2 033
“Qarabağ”ın Avroliqa qazancı - 3 milyon 870 min avro

Avropa Liqasının qrup mərhələsinin VI turu “Qarabağ”ın büdcəsini daha da zənginləşdirib. Sportinfo.az xəbər verir ki Bakıda keçirilən matçda “Düdelanj”la 1:1 edən Ağdam klubu 190 min avro əldə edib.

Qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuran “Qarabağ” 950 min qazanc götürüb. Bu mərhələyə vəsiqə qazanmaqla komanda 2 milyon 920 min avro qabağa düşüb. Bu isə o deməkdir ki, qrup mərhələsində iştirakdan başlayaraq komanda 3 milyon 870 min avro əldə edib.

Qrup mərhələsinin oyunlarında qalib gələn komanda 570, heç-heçə edənlər 190 min avro qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”