“Qarabağ” qrupda saxlayan 2 qol - VİDEO

29 Noyabr 2019 01:53 Avropa Liqası 834
“Qarabağ” qrupda saxlayan 2 qol - VİDEO

Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” səfərdə “Sevilya”nın qonağı olub.

Qrupdan çıxmaq şansını saxlamaq üçün, Ağdam təmsilçisni səfərdə ən azı heç-heçə etməli olsa da, bunu bacarmayıb. "Sevilya" ikinci hissədə vurduğu qollarla "Qarabağ"ı 2:0 hesabıyla məğlub edib.

Qrupun digər oyununda isə APOEL səfərdə "Düdelanj"ı üstələyib - 2:0. Bu nəticələrdən sonra xallarının sayını 7-yə çatdıran və şəxsi oyunlara görə "Qarabağ"ı üstələyən Kipr təmsilçisi qrup ikincisi kimi 1/16 finala adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!