MY və "Arsenal" uduzdu, “Beşiktaş” qazandı - NƏTİCƏLƏR

29 Noyabr 2019 02:30 Avropa Liqası 1 325
MY və "Arsenal" uduzdu, “Beşiktaş” qazandı - NƏTİCƏLƏR

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycanın turnirdə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam klubu İspaniyada “Sevilya”nın qonağı olub və məğlubiyyətlə üzləşərək qrupda qalıb. Qrupun digər matçında APOEL “Düdelanj”la üz-üzə gəlib və inamlı qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Türkiyənin “Trabzonspor” klubu bu turda “Xetafe”ni, “Beşiktaş” “Slovan”ı, “Başakşəhər” isə “Roma”nı qəbul edib. “Beşiktaş”ın əzmkar qələbəyə sevindiyi gündə digər Türkiyə klubları məğlubiyyətlə üzləşib.

"Arsenal” Frankfurt “Ayntraxt”ını sınağa çəkib və məğlub olub. “Mançester Yunayted” isə “Astana” səfərində məğlubiyyətlə üzləşib. Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” “Volfsburq”la qarşılaşmadan xalsız ayrılıb.

L qrupu

Astana (Qazaxıstan) – Mançester Yunayted (İngiltərə) 2:1

Qol: Şomko, 55. Bernard, 62-öz qapısına – Linqard, 10.

Alkmaar (Hollandiya) – Partizan (Serbiya) 2:2

Qol: Druiyf, 88; 90+2 – Asano, 16. Soumah, 27.

C qrupu

Krasnodar (Rusiya) – Bazel (İsveçrə) 1:0

Qol: Ari, 72-pen.

Trabzonspor (Türkiyə) – Xetafe (İspaniya) 0:1

Qol: Mata, 50.

J qrupu

Başakşəhər (Türkiyə) – Roma (İtaliya) 0:3

Qol: Veretu, 30-pen. Kluyvert, 41. Dzeko, 45+1.

Volfsberq (Avstriya) – Borussiya (Münhenqladbax, Almaniya) 0:1

Qol: Ştindl, 60.

H qrupu

ÇSKA (Rusiya) – Ludoqorets (Bolqarıstan) 1:1

Qol: Çalov, 76 – Keseru, 66.

Ferentsvaroş (Macarıstan) – Espanyol (İspaniya) 2:2

Qol: Siqer, 23. Skvarka, 90+1-pen – Melendo, 31. Darder, 90+6.

G qrupu

Feyenoord (Hollandiya) – Reyncers (Şotlandiya) 2:2

Qol: Toornstra, 33. Sinisterra, 68 – Morelos, 53; 65.

Yanq Boyz (İsveçrə) – Portu (Portuqaliya) 1:2

Qol: Faasnaxt, 6 – Abubakar, 76; 79.

I qrupu

Aleksandriya (Ukrayna) – Volfsburq (Almaniya) 0:1

Qol: Veqorst, 45+1-pen.

Sent-Etyen (Fransa) – Gent (Belçika) 0:0

F qrupu

Arsenal (İngiltərə) – Ayntraxt (Frankfurt, Almaniya) 1:2

Qol: Obameyanq, 45+1 – Kamada, 55; 64.

Vitoriya (Portuqaliya) – Standard (Lyej, Belçika) 1:1

Qol: A.Pereyra, 45+2 – Lestyenn, 40-pen.

E qrupu

Seltik (Şotlandiya) – Renn (Fransa) 3:1

Qol: Morqan, 22. Kristie, 45+1. Conston, 74 – Hunu, 89.

Latsio (İtaliya) – ÇFR (Kluj, Rumıniya) 1:0

Qol: Korrea, 24.

B qrupu

Luqano (İsveçrə) – Kopenhagen (Danimarka) 0:1

Qol: Tomsen, 27.

Malmö (İsveç) – Dinamo (Kiyev, Ukrayna) 4:3

Qol: Benqtsson, 2. Rosenberq, 48; 90+6. Rakip, 57 – Mikolenko, 18. Tsiqankov, 39. Verbiç, 77.

D qrupu

Rusenborq (Norveç) – LASK (Avstriya) 1:2

Qol: Consen, 45 – Qoyqinger, 20. Frayzer, 54.

Sportinq (Portuqaliya) – PSV (Hollandiya) 4:0

Qol: Felipe, 9. Fernandes, 16; 64-pen. Mateu, 43.

A qrupu

Düdelanj (Lüksemburq) – APOEL (Kipr) 0:2

Qol: Matiç, 12-pen. Merkis, 43.

Sevilya (İspaniya) – Qarabağ (Azərbaycan) 2:0

Qol: Xil, 61. Dabbur, 90+2.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı