"Qarabağ"ın xalla qayıdacağına inanıram" - Qurban Qurbanovun qardaşı

28 Noyabr 2019 18:28 Avropa Liqası 1 030
"Qarabağ"ın xalla qayıdacağına inanıram" - Qurban Qurbanovun qardaşı

"Təbii ki, "Qarabağ"ın xal qazanmasını istəyirik. Amma çox çətin oyun olacaq" - bu sözləri Sportinfo.az saytına açıqlamasında veteran futbolçu, Qurban Qurbanovun qardaşı Musa Qurbanov deyib.

Avroliqanın qrup mərhələsinin 5-ci turunun həlledici görüşü çərçivəsində bu gün "Sevilya" ilə qarşılaşacaq "Qarabağ"ın səfərdən xalla qayıdacağına ümid etdiyini deyən Qurbanov rəqibin vaxtından əvvəl pley-offa çıxmasının təmsilçimizin həm xeyrinə, həm də ziyanına ola biləcəyi qənaətindədir.

"Ümid edirəm ki, xal qazana biləcəyik. Rəqibin qrup liderliyini əvvəldən təmin etməsi hər zaman müsbət effekt vermir, bunun bizə ziyanı da ola bilər. Çünki bir də görürsən, nəticəsi önəmli olmayan oyunda futbolçular meydana çıxıb çox rahat oynayırlar. Hərdən də elə olur ki, nəticəyə oynayan komanda istədiyini edə bilmir. İnşallah, "Sevilya"nın həddindən artıq rahatlaşacağına, oyununun alınmayacağına ümid edirəm.

Reallıq isə...Adam belə vəziyyətdə reallığa baxmaq, inanmaq, qəbul etmək istəmir (gülür). Belə hallarda insan daha çox real olmayanı istəyir. Hər halda indi siz jurnalistlər futbolu daha yaxından izləyirsiz, bilirsiz, reallıq rəqibin çox güclü olduğundan xəbər verir. Buna baxmayaraq, komandanın sona qədər əzmkarlıq nümayiş etdirib İspaniyadan xal və ya xallarla qayıdacağına inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”