İsrailli hücumçu bu gün "Qarabağ"ın qapısına yol taparsa...

28 Noyabr 2019 16:31 Avropa Liqası 1 164
İsrailli hücumçu bu gün "Qarabağ"ın qapısına yol taparsa...

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyun "Sevilya"nın hücumçusu Munas Dabbur üçün əlamətdar ola bilər.

Sportinfo.az xəbər verir ki, karyerası ərzində Avropa Liqasında 13 qol vuran Dabbur hazırda bu turnirin ən məhsuldar 4-cü oyunçusudur.

Onu 2-3-cü pillələri bölüşən fransalı Oaru və sabiq "Sevilya"lı Raul Ruseskudan cəmi 1 top ayırır. İsrail millisinin üzvü bu gün "Qarabağ"ın qapısına yol taparsa, 2-ci pilləyə şərik olacaq.

Avropa Liqası tarixinin bombardiri isə 18 qolla "Atletik"in forvardı Ariz Adurizdi. Dabburun avrokuboklarda ümumi qol sayı isə 23-dür.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!