"Qarabağ" "Sevilya"ya uduzub, qrupda qaldı - YENİLƏNİB

29 Noyabr 2019 01:48 Avropa Liqası 1 691
"Qarabağ" "Sevilya"ya uduzub, qrupda qaldı - YENİLƏNİB

Avroliqada yeganə təmsilçimiz "Qarabağ" bu gün İspaniyada tarixi oyuna çıxıb. Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsinin 5-ci turunda "Sevilya"nın qonağı olub. Ağdam təmsilçisi səfərdən xalla qayıtsa, pley-offa çıxmaq imkanlarını saxlamış olacaqdı.

Komandamız məğlub olacağı halda da şansını qoruya bilərdi. Təbii, qrupun paralel keçirilən görüşündən də çox şey asılı idi. Bunun üçün "Düdelanj" öz meydanında APOEL-ə uduzmamalı idi.

"Qarabağ"ın 2 cavabsız qolla uduzması, APOEL-in isə "Düdelanj"a eyni hesabla qalib gəlməsi təmsilçimizin qrupda qalması ilə nəticələnib.

Avropa Liqası. Qrup mərhələsi. 5-ci tur

A qrupu. 28 noyabr

00:00 "Sevilya" - "Qarabağ" - 2:0

Qollar: Brayan Gil, 61, Munnas Dabbur, 90+2

Baş hakim: Məhəmməd Əl-Hakim

Yan xətt hakimləri: Fredrik Kliver, Mahbud Beigi.

Dördüncü hakim: Martin Strömberqsson (hakimlər briqadası isveçi təmsil edir)

Hakim-inspektor: Loran Duhamel (Fransa)
UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

"Sevilya": 13. Yassin Bunu (k), 3. Serxi Qomes, 6. Daniel Karriço, 7. Runu Lopes, 9. Munas Dabbur, 11. Munir. 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres,

Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 12. Jyul Kunde, 22, Franko Vaskes, 26. Xose Mena, 30. Brayan Gil, 34. Felipe

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdulla Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 7. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 6. Simeon Slavçev, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras

00:00. “Düdelanj” (Lüksemburq) – APOEL (Kipr)

1 Sevilya 5 5 0 0 14-2 15
2 APOEL 5 2 1 2 9-8 7
3 QARABAĞ 5 1 1 3 7-9 4
4 Düdelanj 5 1 0 4 7-17 3
Digər Xəbərlər
Xəbər Lenti