"Onların üzərində təzyiq var, bu oyun hər şeyi həll edəcək"

28 Noyabr 2019 00:38 Avropa Liqası 708
"Onların üzərində təzyiq var, bu oyun hər şeyi həll edəcək"

"Futbolçu olduğum dönəmdə də Kipr komandaları ilə qarşılaşmışam. Ada-dövlətin futbolu o vaxtdan bəri çox inkişaf edib".

Sportinfo.az xəbər verir ki, bunu "Düdelanj"ın baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin V turunda evdə qarşılaşacaqları APOEL ilə oyundan öncə "Le Quotidien" nəşrinə geniş müsahibəsində deyib.

48 yaşlı mütəxəssis rəqiblərinin Çempionlar Liqasında çıxış etdiyini xatırladıb: "Sentyabrda Nikosiyadakı zəfərimiz hamının bizdən danışması baxımından yaxşı nailiyyət idi. Sonra gerçəkliyimizə qayıtdıq.

Buna baxmayaraq, qələbə qazanmağımız üçün arqumentlərimiz var. Rəqibin üzərində təzyiq var. Bu oyun demək olar ki, hər şeyi həll edəcək. Öncə APOEL-ə, sonra "Qarabağ"a qarşı iki final oynayacağıq".

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən "Sevilya"nın 12, "Düdelanj"ın isə 3 xalı var.

Noyabrın 28-da keçiriləcəcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Eyni vaxtda APOEL-in "Düdelanj"la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün "Sevilya"dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti