Kintana və Mahir qayıtdı - "Sevilya"ya qarşı oynaya bilərlər

27 Noyabr 2019 19:41 Avropa Liqası 990
Kintana və Mahir qayıtdı -

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya”nın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, İspaniya klubu ilə oyun öncəsi komandada zədəlilərin durumu müəyyənləşib. Vacib matçdan öncə Mahir Emreli və Dani Kintana tam hazırdır.

Maksim Medvedevin durumu isə qeyri-müəyyəndir. Onun meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq. Həkimlərin rəyi müsbət olsa, Maksim forma geyinəcək.

Yeganə itki Filip Ozobiçdir. Ağır zədədən qayıdan xorvatiyalı yarımmüdafiəçi məşqlərə başlasa da, hələ oynamağa hazır deyil.

Sabah "Ramon Santes Pisxuan" stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA