"Qarabağ"a da xal lazımdır, bizə asan olmayacaq" - "Sevilya"nın yarımmüdafiəçisi

27 Noyabr 2019 17:05 Avropa Liqası 713
"Qarabağ"a da xal lazımdır, bizə asan olmayacaq" -

UEFA Avropa Liqasında "Sevilya" - "Qarabağ" oyunundan öncə meydan sahiblərinin baş məşqçisi Xulen Lopetegi və Alexandro Pozo mətbuat konfransı keçiriblər.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı futbolçu Azərbaycan çempionu ilə oyunu səbirsizliklə gözlədiyini deyib:

"Ramon Sançes Pisxuan" stadionunda doğma azarkeşlərimiz önündə 3 xal qazanmaq niyyədindəyik".

Pozo komanda yoldaşı və "Sevilya"nın kapitanı Xesus Navasdan böyük dəstək aldığını bildirib: "Navas mənim kumirimdir. Onunla bir komandada, bir yerdə oynamaq böyük şərəfdir. Ondan çox şey öyrənirəm. Ümid edirəm ki, hələ bir neçə il də Xesusla birgə çıxış edə biləcəm".

"Sevilya"nın futbolçusu "Qarabağ"la oyunun asan keçməyəcəyini söyləyib:

"Qarabağ"la oyunumuz asan olmayacaq. Onlara da xal lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti