"Qarabağ"la oyun adi görüş deyil" - NİDERLANDLI HÜCUMÇU

27 Noyabr 2019 11:05 Avropa Liqası 1 031
"Qarabağ"la oyun adi görüş deyil" - NİDERLANDLI HÜCUMÇU

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək "Sevilya" bu görüşə xüsusi yanaşır.

Sportinfo.az xəbər verir ki, Andalusiya klubunun hücumçusu Luk de Yonq İspaniya mətbuatına açıqlamasında belə deyib.

Niderlandlı forvard "Sevilya"nın bu turnirdə 5 dəfə qalib olmasının qabardaraq deyib ki, Avropa Liqası onlar üçün xüsusi bir yarışdır: "Məqsədimiz 6-cı dəfə baş mükafatı qazanmaqdır. 5 dəfə final oynamışıq və hamısında qalib gəlmişik. Mövsümün sonuna qədər yüksək motivasiyanı qorumalıyıq. Əhəmiyyətindən və mövqeyindən asılı olmayaraq, bütün rəqiblərə qarşı yüksək əhvalda köklənirik. Növbəti rəqib "Qarabağ"la matç da adi oyun deyil, qrup mərhələsinin vacib görüşüdür".

"Sevilya" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA