Lopeteqi Azərbaycan çempionuna sürpriz hazırlayıb?

27 Noyabr 2019 00:42 Avropa Liqası 942
Lopeteqi Azərbaycan çempionuna sürpriz hazırlayıb?

"Sevilya"nın baş məşqçisi Xulen Lopeteqi "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçında gənc futbolçulardan yararlana bilər.

Sportinfo.az xəbər verir ki, rəqib ehtiyat qüvvə ilə toplu məşqlər edib. Andalusiya təmsilçisinin son məşqində kapitan Xesus Navasdan əlavə, Serxio Reqilon və Lük de Yonq iştirak etməyib.

Əvəzində hazırlıq prosesinə 21 yaşlı müdafiəçilər - Xose Mariya Amo və Felipe Rodriges, habelə komanda yoldaşları ilə həmyaşıd olan yarımmüdafiəçi Genaro Serrano qatılıb. Həmin oyunçuların Ağdam təmsilçisi ilə matçda meydanda olma ehtimalı yüksəkdir.

"Sevilya" 1/16 finala vəsiqə qazandığından, baş məşqçi əsas oyunçuların xidmətindən yararlanmağı düşünmür. Lakin La Liqanın ötən turunda "Valyadolid"lə keçirilən qarşılaşmada (1:0) ehtiyatda olan Bono, Aleks Pozo, Nemanya Qudeli, Çiçarito, Munas Dabbur və Roni Lopes kimi oyunçulara şans verməsi gözlənilir.

Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti