"Sevilya" UEFA Avropa Liqasında "Qarabağ"la keçirəcəyi oyunun hazırlığına başlayıb.
Sportinfo.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya klubu tam heyətlə məşq edə bilmir. Baş məşqçi Xulen Lopetegi Xesus Navas, Serxio Reqilon və Lyuk de Yonqun xidmətlərindən yararlana bilmir.
"Valyadolid"lə son oyunun 89-cu dəqiqəsində əvəzlənən kapitan Navas qasıq nahisyəsindəki ağrılara görə komanda ilə birgə məşqlərə qatılmayıb. Düzdür, klubdan hələ ki bu barədə rəsmi açıqlama verilməyib.

