Xəbər verdiyimiz kimi, APOEL, Kipr mətbuatı, eləcə də Nikosiya klubunun azarkeşləri Avroliqanın qrup mərhələsinin 5-ci turunun "Düdelanj"la səfər oyununun baş hakim Halis Özkahyanın təyinatından narazı idi. Türk hakimin Kipr klubunun oyununa təyinat alması, Kipr-Azərbaycan klublarının eyni qrupda yer alması və Azərbaycan-Türkiyə münasibətlərindən dolayı yaranmış etiraza görə cənubluların UEFA-ya ünvanladığı müraciət nəticəsini verib.
Sportinfo.az xəbər verir ki, Avropanın ali futbol qurumu kiprlilərin narazılığını nəzərə alaraq türkiyəli hakimləri briqadasını dəyişib.
Noyabrın 28-də Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək qarşılaşmanı Canluka Rokkinin başçılığı altında italiyalı hakimlər briqadası idarə edəcək. Yan xətt hakimləri Corcio Peretti, Corcio Şenone olacaqlar. 4-cü hakim funksiyasının isə Paolo Paleri yerinə yetirəcək.

