150 min avrosu yoxdur ki...

26 Noyabr 2019 10:19 Avropa Liqası 1 037
150 min avrosu yoxdur ki...

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan "Düdelanj" APOEL-i fərqli stadionda qəbul edə bilər. Sportinfo.az xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi “Jozi Bartel” stadionunun ot örtüyü yararsız hala düşüb.

UEFA Lüksemburq təmsilçisinə xəbərdarlıq edib. Klub isə 150 min avroya ot örtüyünü dəyişə bilməyəcəyini bildirib. "Düdelanj"ın prezidenti 50 min avroya yeni süni örtük vurmağı təklif edib.

Lüksemburqlular ötən il də belə etmişdi. Komanda ötən mövsüm Avropa Liqasında "Real Betis"lə qarşılaşmanı şaxtalı havada süni örtüklü meydanda keçirib və qolsuz heç-heçəyə nail olub. Ot örtüyü ilə bağlı problem həll edilməsə, matç Almaniyanın Kayzerslautern və ya Fransanın Mets şəhərində oynanıla bilər.

AÇ-2020-nin seçmə mərhələsində Lüksemburq bu stadionda Portuqaliyanı qəbul etmişdi. Qonaqların ulduz futbolçusu Kriştiano Ronaldo 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra "kartof sahəsi" adlandırmışdı. "Düdelanj" - APOEL oyunu noyabrın 28-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA