“Sevilya”nın kapitanı Xesus Navas İspaniya La Liqasının XIV turunda səfərdə “Valyadolid”i 1:0 hesabı ilə məğlub etdikləri oyunun 89-cu dəqiqəsində zədələnərək yerini Nemanya Qudelə verib.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Xulen Lopetegi 34 yaşlı yarımmüdafiəçinin durumu ilə bağlı bunları söyləyib: “Həkimlər onu müayinə edirlər. Deyəsən, zədəsi ciddi deyil. Vəziyyətinin yaxşı olduğunu dedilər. Düşünürəm ki, qorxulu bir şey yoxdu".
Buna baxmayaraq, çalışdırıcı kapitanı "Qarabağ"la matçda riskə atmaq fikrində deyil. Komanda, onsuz da, Avropa Liqasında qrup birinciliyini təmin etdiyindən, Lopeteqi "Valyadolid"lə görüşdə meydana çıxan futbolçuların çoxuna istirahət verməyi planlaşdırır.
“Sevilya” hazırda 27 xalla 3-cü sıradadır. Lopeteginin rəhbərlik etdiyi kollektiv ilk iki pilləni bölüşən “Barselona” və “Real"dan 1 xal geri qalır. Lakin sözügedən komandaların ehtiyatda öz aralarında oyunu qalıb.
Avropa Liqasında V turun “Sevilya” – “Qarabağ” matçı noyabrın 28-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

