UEFA Avropa Liqasıın V turu çərçivəsində keçiriləcək "Sevilya" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.
Sportinfo.az xəbər verir ki, "Roman Sançes Pisxuan" oyununda olacaq qarşılaşmanı əslən İraqdan olan, İsveçi təmsil edən Mohammed Al-Hakim idarə edəcək. Ona həmyerliləri Fredrik Kliver və Mahbod Beigi yan xətt, Martin Strömberqsson dördüncü hakim qismində yardımçı olacaq.
Noyabrın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə gecə 12-də başlayacaq.

