"Bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik"

25 Noyabr 2019 11:56 Avropa Liqası 990
"Bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik"

Yayda "Qalatasaray"dan "Sevilya"ya keçən Fernando La Liqanın 14-cü turunun "Valyadolid"lə səfər qarşılaşmasından (0:1) sonra İspaniya mətbuatına "Qarabağ"la görüş barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkən 32 yaşlı braziliyalı mərkəz müdafiəçisi Avroliqanın qrup mərhələsində minimum tapşırığın öhdəsindən gəlmələrinə baxmayaraq, sona qədər mübarizə aparacaqlarını deyib.

"Qrupdan çıxmaq işimizin bir hissəsidir. Ona görə bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik. Sona qədər döyüşüb növbəti 3 xalı qazanmaq, qələbə seriyamızı davam etdirmək və azarkeşlərimizi sevindirmək istəyirik".

Noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtilə saat 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA