"Qarabağ"ın rəqibi yeni müqavilə arzulayır - "XOŞBƏXTİK"

18 Noyabr 2019 23:20 Avropa Liqası 734
"Qarabağ"ın rəqibi yeni müqavilə arzulayır -

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi “Sevilya”nın yarımmüdafiəçisi Ever Baneqa qarşıdakı mövsümdə də bu klubun uğurları üçün çalışmaq istəyir.

Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatına müsahibə verən 31 yaşlı argentinalı Sevilya klubu ilə yayda başa çatacaq müqaviləsini uzatmaq fikrində olduğunu deyib.

"Sevilya” Avropada formasını geyindiyim ən yaxşı klubdur. Düzdür, anlaşmanı yeniləmək üçün rəhbərliklə söhbətim olmayıb. Ancaq çox rahatam, ümid edirəm ki, klub buna etiraz etməyəcək. Rəhbərlik burada qalmaq istədiyimi bilir. Ailəm də burada çox xoşbəxtdir".

Cari mövsüm "Sevilya"nın heyətində 14 oyun keçirn Baneqa 5 məhsuldar ötürmə ilə yadda qalıb. Cənubi amerikalı futbolçu Avroliqanın qrup mərhələsinin 1-ci turunun "Qarabağ"la Bakıda baş tutmuş görüşündə (3:0) meydana 72-ci dəqiqədə - ilk qolun qolun müəllifi Çiçaritonun (Xavyer Ernandes) yerinə daxil olub. Ağdam klubunun ispanlarla cavab görüşü noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti