"Əsl gücümüzü ortaya qoyduq, böyük qələbə qazandıq"

18 Noyabr 2019 09:14 Avropa Liqası 652
"Əsl gücümüzü ortaya qoyduq, böyük qələbə qazandıq"

"Əvvəldən bu oyunu səbirsizliklə gözləyirdik". Sportinfo.az xəbər verir ki, bu sözlər APOEL-in müdafiəçisi Praksitelis Vurosa məxsusdur.

Yunan Avropa Liqasının son turunda "Qarabağ"ı 2:1 udduqları matç haqda Kipr mətbuata danışıb: "Qələbə bu şəkildə əldə ediləndə çılğın şəkildə qeyd edirsən.

Pley-off üçün önəmli addım atdıq. İkinci hissədə bu formanın dəyərini, bağlılığını və ağırlığını göstərdik. Rəqib də meydanda oynayır, təkcə biz yox.

Birinci hissədə bizdə gərginlik var idi. Üstəlik, azarkeşlər də narazı idi. Erkən qol buraxmaq bizə pis təsir etdi. İkinci hissədə əsl gücümüzü ortaya qoyduq və böyük qələbə qazandıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"