"Sevilya" Mahir Emrelinin transferini yenidən gündəmə gətirir

12 Noyabr 2019 21:25 Avropa Liqası 1 552
"Sevilya" Mahir Emrelinin transferini yenidən gündəmə gətirir

“Qarabağ” Avropa Liqasının 5-ci turu çərçivəsində “Sevilya”nın qonağı olacaq. Qarşılaşma noyabrın 28-də baş tutacaq.

Sportinfo.az-ın məlumatına görə, İspaniya klubunun idman direktoru Ramon Monçi yeni təşəbbüslə çıxış edib. O, oyundan öncə Ağdam klubunun rəhbərliyi və baş məşqçi Qurban Qurbanovla görüşmək fikrində olduğunu qarşı tərəfə çatdırıb.

Monçinin istəyi Mahir Emreli ilə bağlıdır. Tanınmış funksioner avqustda "Sevilya B"yə transferi alınmayan hücumçunun məsələsini yenidən gündəmə gətirib.

Sabiq "Roma"lı bu keçidin yanvarda baş tutmasına çalışır. Ourbanov isə gələn ilin yayından tez Mahirlə vidalaşmaq istəmir.

Digər Xəbərlər
Xəbər Lenti