İsveçdən "Qarabağ"a xəbərdarlıq etdi: "Avroliqada xalsız qalmaq istəmirik"

7 Dekabr 2023 20:20 Avropa Liqası 6 878
İsveçdən "Qarabağ"a xəbərdarlıq etdi: "Avroliqada xalsız qalmaq istəmirik"

"Avropa Liqasında xalsız qalmaq istəmirik".

Sportinfo.az xəbər verir ki, bunu "Hakken"in ( İsveç ) futbolçusu Kadir Hodziç Finlandiya təmsilçisi HİK-ə 3:4 hesabı ilə uduzduqları yoldaşlıq matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı müdafiəçi avrokubokda qrup mərhələsinin sonuncu görüşündən əvvəl belə qarşılaşmanın onlar üçün vacib olduğunu söyləyib.

"Qarabağ" H qrupunda sonuncu matçını məhz "Hakken"ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda reallaşacaq görüş saat 21:45-də start götürəcək.

"Bayer 04" 15 xalla liderdir. "Köhlən atlar" 7 xalla ikinci, eyni xala malik Norveçin "Molde" kollektivi üçüncü pillədə qərarlaşıb. Xalsız olan "Hakken" isə sonuncudur.

Digər Xəbərlər
Xəbər Lenti