
"Evdə qalib gəlməliyik".
Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın futbolçusu Andrey Cirotto Fransada "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çox vacib olduğunu bildirib. Cirotto II turda Bakıda "köhlən atlar"a uduzduqlarını xatırladıb.
Oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.