“Hərbi əməliyyatların bizə aidiyyatı yoxdur, "Qarabağ"a göstərməliyik ki...”

14 Sentyabr 2022 18:20 Avropa Liqası 4 606
“Hərbi əməliyyatların bizə aidiyyatı yoxdur, "Qarabağ"a göstərməliyik ki...”

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Nant” matçından öncə qonaq komandanın aparıcı futbolçusu Ludovik Blas mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, Fransa təmsilçisinin üzvü sabah keçiriləcək oyun haqda sualları cavablandırıb.

- Bakıya səfəriniz necə keçdi?
- Yaxşı alındı. Vaxtından əvvəl gəldik. Amma yorulmamışıq və oyuna hazırıq. Qrafikimiz nə qədər çətin olsa da, yorğunluq səbəb ola bilməz.

- Ölkə çempionatından avrokuboklara necə köklənmisiz?
- Heç bir problem yoxdu. Bu, heç çətin də deyil. "Olimpiakos"la oyundan sonra yorğunluq var idi. Amma indi hazırıq.

- Nəyə görə "Nant" səfərdə zəif çıxış edir?
- Məncə, evdə öz azarkeşlərin qarşısında daha sakit olursan. Nəyə görə səfərdə zəif oynadığımız barədə bir söz deyə bilmərəm. Hər şey psixologiyadan asılıdı.

- Azərbaycan və Ermənistan sərhəddində baş verən hadisələrə görə narahat deyilsiz?
- Biz bura futbol oynamağa gəlmişik. Hərbi əməliyyatların bizə aidiyyatı yoxdu. "Qarabağ"a qarşı oyanyıb, vətənimizə qayıdacağıq.

- "Qarabağ"la oyun barədə fikriniz necədi?
- "Olimpiakos" üzərindəki qələbənin təsadüf olmadığını "Qarabağ"la oyunda da göstərməliyik. Ən yaxşı tərəfdən özümüzü göstərəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti