Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi - FOTO

28 Noyabr 2021 00:28 Avropa Liqası 731
Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi - FOTO

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin oyunçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu ada Lion “Olimpik”indən (Fransa) Rayan Çerki layiq görülüb.

O, səfərdə “Brondbü”yə (Danimarka) 3:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına “Bayer”dən (Almaniya) Robert Andrix, “Spartak”dan (Moskva, Rusiya) Aleksandr Sobolyev və “Reyncers”dən (Şotlandiya) Alfredo Morelos da namizəd idi.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı