"Mançester Yunayted" darmadağın etdi, "Arsenal" uduzdu

30 Aprel 2021 00:57 Avropa Liqası 689
"Mançester Yunayted" darmadağın etdi, "Arsenal" uduzdu

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, İngiltərə klublarından "Mançester Yunayted" evdə İtaliya "Roma"sı ilə, "Arsenal" isə İspaniyada "Vilyarreal"la qarşılaşıb.

Mançesterdəki görüş meydan sahiblərinin 6:2 hesablı qələbəsi ilə başa çatıb. Matçda ilk qolu 9-cu dəqiqədə "qırmızı şeytanlar"ın yarımmüdafiəçisi Brunu Fernandeş vurub.

6 dəqiqə sonra qonaqlar Lorentso Pelleqrininin penalti qolu ilə tarazlığı bərpa ediblər. 34-cü dəqiqədə Edin Ceko "canavarlar"ı hesabda önə çıxarıb. İlk hissə meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 1:2.

"Mançester Yunayted" fasilədən sonra oyunda ciddi dönüş etməyi bacarıb. 48-ci və 64-cü dəqiqələrdə meydan sahiblərinin hücumçusu Edinson Kavani hesabı komandasının xeyrinə dəyişib.

71-ci dəqiqədə Fernandeş dublunu rəsmilədirib. Bundan cəmi 4 dəqiqə sonra Pol Poqba 5-ci topu rəqibin qapısından keçirib. Oyunda son nöqtəni isə 86-cı dəqiqədə fərqlənən Meyson Qrinvud qoyub.

"Arsenal" isə İspaniyada "Vilyarreal"a 1:2 hesabı ilə uduzub. Meydan sahibləri 5-ci dəqiqədə Manu Trigerosun, 29-cu dəqiqədə isə Raul Albiolun qolları ilə ilk hissəni üstün tamamlayıblar.

İkinci yarı qonaqlar üçün yaxşı başlamayıb. 57-ci dəqiqədə Dani Sebalyos qırmızı vərəqə görərək meydandan qovulub. Buna baxmayaraq, "topçular" fərqi azaltmağa nail olublar.

73-cü dəqiqədə Nikolya Pepenin vurduğu qol matçda yekun hesabı müəyyənləşdirib. 8 dəqiqə sonra isə "Vilyarreal" azlıqda qalıb. Etyen Kapu ikinci sarı vərəqə ilə meydanı tərk edib.

"Mançester Yunayted" (İngiltərə) - "Roma" (İtaliya) - 6:2

Qollar: Brunu Fernandeş, 9; 71 (pen.), Edinson Kavani, 48; 64, Pol Poqba, 75, Meyson Qrinvud, 86 - Lorentso Pelleqrini, 15 (pen.), Edin Ceko, 34

"Vilyarreal" (İspaniya) - "Arsenal" (İngiltərə) - 2:1

Qollar: Manu Trigeros, 5. Raul Albiol, 29 - Nikolya Pepe, 73 (pen.)

Qırmızı vərəqələr: Etyen Kapu, 80 - Dani Sebalyos, 57

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"