AL - İngiltərə klublarından darmadağın, "Milan" qələbəni əldən verdi - NƏTİCƏLƏR

19 Fevral 2021 01:57 Avropa Liqası 1 367
AL - İngiltərə klublarından darmadağın, "Milan" qələbəni əldən verdi - NƏTİCƏLƏR

Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın yer aldığı A qrupunun lideri kimi pley-offa vəsiqə qazanmış İspaniya "Vilyarreal"ı Avstriyada "Zaltsburq"la üz-üzə gəlib.

La Liqa təmsilçisi Pako Alkaser və Fer Ninyonun qolları ilə səfərdə qələbə qazanıb.

Təl-Əviv "Makkabi"si isə İsraildə Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını sınağa çəkib. Görüş meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 0:2. İtaliya "Napoli"si İspaniyada "Qranada"ya eyni hesabla uduzub.

Portuqaliyanın "Benfika" və İngiltərənin "Arsenal" komandaları arasında İtaliyada baş tutan matçda isə qalib müəyyənləşməyib - 1:1.

21:55. “Dinamo” (Kiyev, Ukrayna) - “Brügge” (Belçika) - 1:1

Qollar: Mixail Buyalski, 62 - Brendon Mexele, 67

21:55. “Olimpiakos (Yunanıstan) - PSV (Niderland) - 4:2

Qollar: Andreas Buxalakis, 9, Yann M Vila, 37, Yussef el-Arabi, 45+2, Giorqos Masuras, 83 - Eran Zahavi, 14, 40

21:55. “Yanq Boyz” (İsveçrə) - “Bayer” (Almaniya) - 4:3

Qollar: Kristian Fassnaxt, 3, Teozon Sibaço, 19, 89, Meşak Elia, 44, - Patrik Şik, 49, 52, Mussa Diabi, 68

21:55. “Krasnodar” (Rusiya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:3

Qollar: Markus Berq, 28, Viktor Klaesson, 69 - Bruno Petkoviç, 15, 54, İyayyi Atimven, 75

21:55. “Braqa” (Portuqaliya) - “Roma” (İtaliya) - 0:2

Qollar: Edin Ceko, 5, Borxa Mayoral, 86

Qırmızı vərəqə: Rikardu Eşqayu, 54 ("Braqa)

21:55. “Slaviya” (Çexiya) - “Lester” (İngiltərə) - 0:0

21:55. “Srvena Zvezda” (Serbiya) - “Milan” (İtaliya) - 2:2

Qollar: Gelor Kanqa, 52 (penalti), Milan Pavkov, 90+3 - Radovan Pankov, 42 (avtoqol), Teo Ernandes, 61

Qırmızı vərəqə: Milan Rodiç ("Srvena Zvezda"), 77

21:55. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:4

Qollar: Brunu Fernandeş, 27, 57, Markus Reşford, 65, Deniel Ceyms, 90

21:55. “Volfsberq” (Avstriya) - “Tottenhem” (İngiltərə) - 1:4

Qollar: Mixael Lindl, 55 (penalti) - Son Xın Min, 13, Qaret Beyl, 28, Lukas Moura, 34, Karluş Vinisius, 88

00:00. “Lill” (Fransa) - “Ayaks” (Niderland) - 1:2

Qollar: Timoti Vea, 72 - Duşan Tadiç, 87 (penalti)

00:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Şaxtyor (Donetsk, Ukrayna) - 0:2

Qol: Alan Patrik, 31

00:00. “Qranada” (İspaniya) - “Napoli” (İtaliya) - 2:0

Qollar: Yanhel Errera, 19, Kenedi, 21

00:00. “Molde” (Norveç) - “Hoffenhaym” (Almaniya) - 3:3

Qollar: Martin Ellinqsen, 41, Eyrik Ulland Andersen, 70, David Fofana, 74 - Munas Dabbur, 8, 28, Kristof Baumqartner, 45+3

00:00. “Zaltsburq” (Avstriya) - “Vilyarreal” (İspaniya) - 0:2

Qollar: Pako Alkaser, 41, Fer Ninyo, 71

00:00. “Antverpen” (Beçlika) - “Reyncers” (Şotlandiya) - 3:4

Qollar: Felipe Avenatti, 45, Lior Rafaelov, 45+8 (penalti), Martin Honqla, 67 - Co Aribo, 42, Borna Barişiç, 59 (penalti)

00:00. “Benfika” (Portuqaliya) - “Arsenal” (İngiltərə) - 1:1

Qollar: Pitsi, 55 (penalti) - Bukayo Saka, 57

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları 24 - 25 fevralda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!