Amerikalı Bərdədə: “Hər yerdə qan var idi, dəhlizlərdə və palatalarda” - VİDEO

30 Oktyabr 2020 10:45 Araşdırma 258
Amerikalı Bərdədə: “Hər yerdə qan var idi, dəhlizlərdə və palatalarda” - VİDEO

“VICE News” informasiya agentliyinin jurnalisti Hind Hassan öz instagram hesabında Bərdədən video yayımlayıb.

Sportinfo.az xəbər verir ki, yaralıların daşındığı xəstəxananın qarşısından reportaj hazırlayan jurnalist Hind Hassan hadisə ilə bağlı təfərrüatları və gün ərzində şahidi olduğu faktları bölüşüb.

“Bu gün Bərdədə raket zərbələri endirilən yerə və zərərçəkənlərin daşındığı xəstaxanaya getdik.

Bir adamın ayağı kəsildikdən sonra əməliyyat olunduğu və digər bir kişinin həkimlər və tibb bacıları tərəfindən onu xilas etmək cəhdindən sonra öldüyünü izlədikləri xaotik səhnələri gördük. Hər yerdə qan var idi, dəhlizlərdə və palatalarda”,- deyə jurnalist qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti