
“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib.
O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.
E.Məmmədli idman jurnalistikasında karyerasına 1990-cı illərin sonlarında başlayıb. Bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin qəzet və saytlarda fəaliyyət göstərib.