2024-cü ildə Qarabağda hansı idman yarışları keçiriləcək?

12 Yanvar 2024 08:30 Araşdırma 906
2024-cü ildə Qarabağda hansı idman yarışları keçiriləcək?

İşğaldan azad olunmuş ərazilərdə 2024-cü ildə idman yarışlarının keçirilməsi planlaşdırılır.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

Nazir bir neçə layihə üzərində işlərin aparıldığını bildirib:

“İşğaldan azad olunmuş ərazilərdə artıq yarışlar keçirmişik. Onların bir çoxu beynəlxalq turnirlər idi.

Bu il üçün də planlaşdırırıq. Həmin yarışların ənənəvi olmasını istəyirik.

Digər layihələrimiz də var və təqvim üzərində son işlər görülür”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?