Ermənistan Qarabağda 19-20 sentyabr itkilərini açıqladı

6 Yanvar 2024 08:50 Araşdırma 1 841
Ermənistan Qarabağda 19-20 sentyabr itkilərini açıqladı

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zananı Ermənistanın işğalçı ordusu 223 itki verib.

İstintaq Komitəsinin sədri Argişti Kyaramyan daha 244 nəfərin yaralandığını açıqlayıb.

Onun sözlərinə görə, hazırda 20 nəfər itkin düşmüş hesab olunur, onlardan beşi “mülki” şəxsdir.

Qarabağdan Ermənistana köç zamanı (??-M.) və Ermənistanın özündə 70-ə yaxın ölüm faktının qeydə alındığı da iddia olunur.

İstintaq Komitəsi sədri həyasızcasına iddia edib ki, bu ölümlərə əsas səbəb “Azərbaycanın hərəkətləri nəticəsində yaranan psixoloji gərginlik olub”.

P.S.Kyaramyanın absurd iddialarından belə çıxır ki, ermənilər “qarğa ömrü” yaşayacaqmış, Azərbaycan imkan verməyib…

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?