Azərbaycanda dərs ilinin müddəti uzadılcaq?

2 Yanvar 2024 03:10 Araşdırma 561
Azərbaycanda dərs ilinin müddəti uzadılcaq?

"Elm və təhsil naziri Emin Əmrullayev təhsil müddətinin uzadılması ilə bağlı fikirləri sosial şəbəkələrdə, mediada birmənalı qarşılanmayıb.

Bu gün əsas müzakirə olunan məsələlərdən birinə çevrilib.

Bu gün təhsilimizdə bir-birini əvəz edən problemlərin içərisində bir dərs ilinin müddəti, onun yaratdığı fəsadlar o qədər də ön sıralarda deyil. Doğrudur xarici ölkə təcrübələrinə baxdıqda Azərbaycanın dərs ilinin müddəti qısadır.

Bir sıra ölkələrdə dərs ili adətən yayın sonlarında ən yaxşı halda iyun ayının sonunda bitir. Əsasən isə senytabrda başlayır.

Təbii ki oktyabrda başlanan tədris illəridə var. Tədris ilinən oktyabrın 1-5-də başlayan ölkələrdə var".

Bu sözləri sonxeber.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib. O bildirb ki, ümumilikdə götürəndə elə ölkələr var ki, onlarda dərs ilinin hətta 10-11 aya çatır:

"Dərs ilinin müddəti kəmiyyət göstəricidir. Məsələnin məzmununu keyfiyyət üzərində qurmaq lazımdır. Tutaq ki, artırdıq. Dərslər əvvəl sentyabrın 1-i başlayırdı. Sonra isə sentyabrın 15-i oldu. Təzədən senytabrın 15-i senytabr ayının 1-ə gətirdik. Deyək ki, iyunun 30-da bitirdik dərsləri. 1 ay artdı . Bəs sonra? Məsələnin məzmun göstəricisi tamam ayrıdır. Hələ mən demirəm ki, bunun uşaqlara nə kimi zərərləri olacaq".

Ekspertin sözlərinə görə, bizdə şagird sıxlığı ucbatından, müəyyən problemlərə görə şagirdlərin yüklənmə tendensiyası xarici ölkələrə nisbətində daha çoxdur:

"Xarici ölkələrdə- Finlandiya, Almaniya, İspaniya, Avstriya və Danimarkada artıq bu cəmiyyətdə norma şəklində cərəyan edir. Şagirdlər onlarda yüklənmir. Çünki tədris ilinin müddəti 11 aydır. Bizdən çoxdur. Amma bu tədris ili özü necədir? Onun keyfiyyəti uşaqları nə dərəcədə qane edir yaxud yoru anlayışını vermək lazımdır. Mən də etiraf edirəm ki, Azərbaycan tədris ilinin müddəti adını çəkdiyim ölkələrə nisbətdə qısadır. Yaponiyada az qala 11 aya çatır. Amma yapon şagirdi ilə bizim şagird bir deyil axı. Yaponiyada məktəbin infrastrukturu, məktəbin şagirdə verdiyi əlavə imkanlar, əlavə göstərici bir deyil. Tədris ilinin müddətini uzatmaq istəyiriksə, onda digər keyfiyyətləri də bir etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti