Gün ərzində neçəsini yeyə bilərik?

2 Yanvar 2024 07:50 Araşdırma 506
Gün ərzində neçəsini yeyə bilərik?

Mandarini qeyri-məhdud miqdarda yemək təhlükəli ola bilər.

Bu barədə qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov bildirib.

O qeyd edib ki, mandarinin tərkibində həddindən artıq miqdarda olan salisilik turşu dərinin qaşınmasına və qızarmasına səbəb ola bilər. Bundan əlavə, sitrus meyvələri güclü allergiya yaradır.

“Bədəninizin bu xüsusiyyətini bilirsinizsə, risk etməməlisiniz”, - o vurğulayıb.

Həkim xəbərdarlıq edib ki, bu meyvəni çox yemək mədə-bağırsaq traktında problemlərə və xoşagəlməz simptomlara da səbəb ola bilər. Belə ki, sizdə şişkinlik, ürək yanması və ürək bulanması yarada bilər.

Onun sözlərinə görə, diabet xəstələri sitrus meyvələri ilə də ehtiyatlı davranmalıdırlar, çünki tərkibindəki fruktoza qan şəkərinin artmasına səbəb olur.

“Yetkinlər üçün norma gündə beş, uşaqlar üçün isə daha az - cəmi bir neçə ədəddir”, - deyə mütəxəssis əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti