
Tarixin ən yaxşı futbolçularından sayılan Lionel Messi ilə Kriştiano Ronaldonun Qətərdə təşkil edilən dünya çempionatı öncəsi birgə paylaşımı ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Sportinfo.az xəbər verir ki, superulduzların çəkilən fotodan nə qədər qazandığı bəlli olub.
Bir moda markasının sponsorluğu ilə çəkilmiş rəsmin amerikalı fotoqraf Annie Leibovitzə 4,3 milyon dollara başa gəldiyi bildirilib.
Şəkili eyni anda sosial media hesablarında paylaşan cütlükdən Ronaldo 2,4 milyon, Messi isə 1,7 milyon dollar alıb.
Messi ilə Ronaldonun şəkilləri ayrı-ayrı vaxtlarda çəkilib və daha sonra montaj edilib.