“Kəpəz”in bu ölkədən gətirmək istədiyi 3 futbolçu

15 May 2022 02:10 Araşdırma 1 378
“Kəpəz”in bu ölkədən gətirmək istədiyi 3 futbolçu

Gələn mövsüm yenidən Premyer Liqada iştirak edəcək “Kəpəz” heyətini formalaşdırmaq üçün danışıqları intensivləşdirib.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, Gəncə təmsilçisinin maraq dairəsində olan daha 3 futbolçu bəllidir.

Klub “Səbail”in yarımmüdafiəçisi Cavid Tağıyev, həmçinin Rusiya təmsilçisi “Essentuki”nin müdafiəçisi Qvanzav Məhəmmədovla yarımmüdafiəçisi Murad Səttarlını heyətinə cəlb etməkdə maraqlıdır.

Hazırda adları çəkilən hər üç oyunçu ilə danışıqlar davam edir. 30 yaşlı Murad Səttarlı 2018-ci ildə yarım mövsüm “Kəpəz”in formasını geyinib.

Həm o, həm də həmyaşıdı Cavid Tağıyev 2016-cı ildə Azərbaycan millisinin heyətində 1 oyunda çıxış edib. 28 yaşlı Qvanzav Məhəmmədov isə Premyer Liqamızda bir neçə klubun şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti