“Rusiya Ermənistana silahlanmada kömək edir”

24 Fevral 2021 21:10 Araşdırma 895
“Rusiya Ermənistana silahlanmada kömək edir”

Ermənistan və Rusiya müdafiə nazirlikləri arasında müxtəlif sahələrdə əlaqələr davam edir.

Sportinfo.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Gümrüdəki 102-ci Rusiya hərbi bazasının genişlənməsi nəzərə alınaraq, bir hissəsinin Ermənistanın şərq istiqamətinə yerləşdirilməsi barədə müdafiə naziri Vaqarşak Arutyunyanın açıqlamasına münasibət bildirən səfir, müvafiq məlumatların vaxtında veriləcəyini qeyd edib.

Diplomat, eyni zamanda Rusiyanın ordunun silahlandırılması və islahatların aparılmasında erməni tərəfdaşlarına kömək etdiyini bildirib.

"Rusiya artıq bunu edir", - deyə Kopırkin əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti