Azərbaycanda dörd Dünya Kuboku, bir dünya və Avropa çempionatı - 2021-ci ildə

10 Yanvar 2021 13:40 Araşdırma 945
Azərbaycanda dörd Dünya Kuboku, bir dünya və Avropa çempionatı - 2021-ci ildə

2021-ci ildə Azərbaycanda bir neçə beynəlxalq yarışın keçirilməsi təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, oxu.az bu il Bakıda hansı yarışların keçiriləcəyini araşdırıb.

Siyahıda bu il müxtəlif idman növləri üzrə dörd Dünya Kuboku, bir dünya çempionatı və bir Avropa çempionatının (AVRO-2020-nin dörd oyunu) keçiriləcəyini görə bilərik:

İdman gimnastikası (yalnız alətlərdə) üzrə Dünya Kuboku/AGF Junior Trophy – 4-7 mart

Karate üzrə Premyer Liqa turniri – 12-14 mart

Bədii gimnastika üzrə Dünya Kuboku – 7-9 may

Aerobika gimnastikası üzrə dünya yaş qrupu yarışları – 21-23 may

Aerobika gimnastikası üzrə dünya çempionatı – 27-29 may

“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-Prisi – 6 iyun

Futbol üzrə Avropa çempionatının dörd matçı – 12, 16, 20 iyun və 3 iyul

Güllə (tüfəng və tapança) və stend atıcılığı üzrə Dünya Kuboku – 21 iyun - 2 iyul

Güllə və stend atıcılığı üzrə Çempionlar Kuboku (Dünya Kubokunun final mərhələsi) – 18-24 oktyabr

Digər Xəbərlər
Xəbər Lenti
6 Avqust 16:30 Çək və bizə göndər!