"Neftçi" güclüdür, onlara qarşı oynamaq asan deyil" - "Jelezniçar"ın hücumçusu

8 Avqust 2023 02:20 Neftçi 1 045
"Neftçi" güclüdür, onlara qarşı oynamaq asan deyil" - "Jelezniçar"ın hücumçusu

"Bakıya uğurlu nəticə üçün gəlmişdik, lakin təəssüf ki, biz istədiyimiz nəticəni ala bilmədik.

Çünki "Neftçi"yə qarşı matç çətin alındı".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Jelezniçar"ın hücumçusu Suleyman Krpiç deyib.

Bosniyalı forvard Konfrans Liqasınının 2-ci təsnifat mərhələsinin “Neftçi”yə qarşı Bakıda keçirilmiş cavab görüşü haqda danışıb.

Sarayevo təmsilçisinin aparıcı üzvü komandasının Azərbaycandakı 0:2 hesablı məğlubiyyətini bu cür şərh edib:

"Neftçi" güclü komandadır. Oyunda da bunu göstərdilər. Onlara qarşı oyanamaq asan deyildi. “Neftçi”yə növbəti oyunlarda uğurlar arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır