Mövsüm bərpa olunmasa, klublara dəyəcək zərər

16 Mart 12:44 Almaniya 165
Mövsüm bərpa olunmasa, klublara dəyəcək zərər

Koronavirusa görə təxirə salınan Almaniya Bundesliqasında mövsüm bərpa olunmasa, klublara dəyəcək zərər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Bundesliqanın geridə qalan 9 turu keçirilməsə, klublara ümumilikdə 770 milyon avro zərər dəyəcək.

Bu zərər sponsorlar, yayım hüquqları və bilet satışlarından qaynaqlanacaq. Bundesliqa rəhbərliyi bir müddət əvvəl çempionatın aprelin 2-nə qədər təxirə salınması ilə bağlı qərar qəbul edib.

Hazırda çempionatın dayandırılması və ya qalan oyunların azarkeşsiz keçirilməsi ilə bağlı müzakirələr aparılır. Pandemiya səbəbiylə İtaliya A Seriyası, Fransa Liqa 1, İspaniya La Liqası rəhbərliyi də çempionatları qeyri-müəyyən müddətə dayandırıb.

Xəbər Lenti
2 Aprel 23:30 SMS-lər pulsuz olacaq