II Liqada yarışan «Ağstafa Gəncləri» böyük dəstək alıb.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov komandaya maddi-mənəvi kömək etməyi lazım bilib.
21 may 2020-ci il tarixindən bəri rayona rəhbərlik edən S.Orucovun hər ay kollektivə müəyyən qədər vəsait ayıracağı deyilir. Həmin məbləğ 2-3 futbolçunun aylıq maaşqlarının ödənilməsinə sərf olunacaq.
Qərb təmsilçisi ötən il çempionatda debüt edib. İlk sezonunda 11-ci yeri tutan «Ağstafa Gəncləri» son anda liqadakı yerini qoruyub.
Belə ki, Region Liqasında üçüncü yeri tutan «Biləsuvar»la pley-off oyununa çıxan «göylər» Yevlaxda rəqibinə 3:0 hesabıyla qalib gəlib.
Onlar eyni narahatlığı bir daha yaşamaq istəmirlər. Görünən budur ki, dəstəkçiləri artıb.
İyunun üçüncü yarısından etibarən yeni mövsümün hazırlıqlarına start verən ağstafalılar düşərgəsində xeyli dəyişikliyə gedib.
Heyətə bir sıra yeni simalar cəlb olunub. Onların arasında millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyevi də görməkdəyik.
SPORTİNFO.AZ
