COP29

Bu komandanın da qapısında “toy mağarı” quruldu - VİDEO

10 Noyabr 23:45 II Divizion 525
Bu komandanın da qapısında “toy mağarı” quruldu - VİDEO

II Liqada doqquzuncu tur arxada qalıb.

«Qusar» və «Şəki Siti» hesabat həftəsində üz-üzə gəlib.

Sumqayıtda keçirilən matçda cəmi 1 qol vurulub. Elşən Mustafayev 19-cu dəqiqədə cinah ötürməsini bir toxunuşla qapıdan keçirib və bununla, bəlkə də karyerasının ən asan qoluna imza atıb.

Bu, son olmaya bilərdi. Qonaqlar azı 3-4 epizodda fərqi artırmağa borclu idi.

Şimal təmsilçisinin müdafiə xəttini yarmağa çətinlik çəkməyən şəkililərə özündən başqa mane olan yox idi. İmkanlar heç nədən yaranırdı.

Kamran Əlibabayevin çalışdırdığı «Qusar» çox yorğun və istəksiz təsir bağışladı. Kazbek Qafarovdan başqa ikinci futbolçu olmadı ki, onu fərqləndirəsən.

Qusarlı hücumçu iki epizodda fərdi bacarağını göstərməyə can atdı, onda da dəqiqlik çatışmadı.

Aydın oldu ki, həftələrlə məşq etməmək ona və komanda yoldaşlarına necə mənfi təsir edib. Yuxulu kimi qaçırdılar.

Beləcə, «Şəki» mövsüm ərzində ilk qalibiyyətini əldə etdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!