Elxan Məmmədov Gəncəyə getdi, azarkeşlər qadağa ilə üzləşdi

16 Noyabr 2021 22:20 I Divizion 2 245
Elxan Məmmədov Gəncəyə getdi, azarkeşlər qadağa ilə üzləşdi

Bu gün Azərbaycan birinci divizionunda 8-ci turun qarşılaşmaları keçirilib.

Tur Qərb derbisi ilə yadda qalıb. Belə ki, "Kəpəz" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi (2-1) ilə başa çatıb.

Qarşılaşmanı izləyənlər arasında AFFA-nın vitse-prezidenti Elxan Məmmədov da olub. Məhz Məmmədovun arenada olması azarkeşlər arasında gərginlik yaranmasına səbəb olub.

Elxan Məmmədov Gəncəyə getdi, azarkeşlər qadağa ilə üzləşdi

Belə ki, Gəncə şəhər stadionunda olanlar yaxşı bilir ki, arenaya daxil olan azarkeşlər ilk olaraq rəsmi qonaqların da yer aldığı tribunalarda yer alırlar. Həmin tribunalar dolduğu halda məcburiyyətdən üzbəüz tribunalara təşrif buyururlar.

Amma bugünkü qarşılaşmanın startından polislər "Kəpəz" azarkeşlərinə rəsmi qonaqların olduğu tribunaya keçmələrinə qadağa qoyub.

Elxan Məmmədov Gəncəyə getdi, azarkeşlər qadağa ilə üzləşdi

Qadağa yerli fanatlar tərəfindən ciddi narazılıqla qarşılanıb. Amma narazılığa rəğmən güc qüvvələri qadağa ilə bağlı heç bir izah verməyib. 90 dəqiqənin sonuna kimi fanatlar qeyd olunan tribunalara buraxılmayıb.

Redaksiyamızla əlaqə saxlayan yerli fanatlar qadağının birbaşa Elxan Məmmədovla bağlı olduğunu qeyd ediblər. Əlavə ediblər ki, mövsümün əvvəlki qarşılaşmalarında belə hal yaşanmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti