"Premyer Liqaya yüksəlməyə ən yaxın komanda bizik"

14 Aprel 2021 22:40 I Divizion 913
"Premyer Liqaya yüksəlməyə ən yaxın komanda bizik"

“Sənədləri AFFA-ya təqdim etmişik. Ümid edirik ki, Premyer Liqada komanda sayı 10-a yüksələcək, biz də iştirakçılardan biri olacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a “Zaqatala”nln prezidenti Musa Qurbanov deyib.

Birinci divizion təmsilçisinin rəhbəri Premyer Liqaya yüksəlmələri məsələsində gözləmə mövqeyi tutduqlarını söyləyib:

“Bildiyiniz kimi, birinci diviziondakı komandaların hamısı AFFA tərəfindən maliyyələşdirilir. Etiraf edək ki, indi hansısa komandanı maliyyələşdirəcək bir sponsor da yoxdur.

Bizim vəzifəmiz yaxşı oynayıb, birinci divizionda yüksək yer tutmaqdır. Düşünürəm ki, əgər 10 komanda olarsa, idman prinsipləri nəzərə alınacaq. Əgər birinci divizionun qalibi olsaq, inanıram ki, bunu nəzərə alacaqlar”.

Musa Qurbanov şərait baxımından elitaya layiq olduqlarını düşünür: “Zaqataladakı infrastruktur aşağı dəstə komandalarının hamısından yaxşıdır.

Stadionumuz yararlı vəziyyətdədir, həmçinin Olimpiya Kompleksi ilə eyni ərazidədir. Futbolçuların məskunlaşmasında heç bir problem yoxdur.

Şərait, infrastruktur baxımından Premyer Liqaya yüksəlməyə ən yaxın komanda bizik. İnanıram ki, bu məsələlərə önəm veriləcək”.

“Zaqatala” I divizionda 21 turdan sonra 46 xalla turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti