AFFA «Zirə»dən bu dəfə nə xahiş etdi?

1 Avqust 2020 09:28 Zirə 1 155
AFFA «Zirə»dən bu dəfə nə xahiş etdi?

AFFA «Zirə» rəhbərliyindən özəl xahiş edib.

Sportinfo.az-ın məlumatına görə, federasiya qəsəbə təmsilçisindən əvəzedicilərdən ibarət komandanın fəaliyyətini bərpa eləməsini və növbəti mövsüm I Diviziona qatılmasını istəyib.

Qurum «qartallar»a ayırdığı 500 min manatlıq yardıım paketindən istifadə zamanı bunun nəzərə alınması ricasında bulunub.

«Zirə» hələ qarşı tərəfə cavabını bildirməyib. Əslində, onlarda bir narahatlıq var, bu da çox ciddidir. O narahatlıq nədir deyərkən… I Divizionu başına alan oyun «alver»i bir nömrəli qayğı mənbəyidir.

«Zirə» futbolçularından kiminsə adının bu işlərdə hallanmasına, beləliklə, imicinə kölgə düşməsinə qarşıdıır. Ötən sezon belə bir hal baş verdiyindən, problemi ciddiyə almaq zərurəti yaranıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!