“Zirə”nin rəhbərliyində ayrılıq baş verib.
Ötən ilin iyununda vitse-prezident təyin olunan Seyidağa Babayev öz istəyi ilə klubdan gedib.
O, daha əvvəl qəsəbə təmsilçisində icraçı direktor və uşaq futbol akademiyasının koordinatoru vəzifəsində də çalışıb.
Vaxtilə “Şəfa”nın və gənclər yığmasının formasını geyinmiş Babayev bundan sonra Qətərdə işləyəcək. Keçmiş futbolçusu ərəb ölkəsində biznes fəaliyyəti ilə məşğul olacaq.
SPORTİNFO.AZ