"Zirə"ni növbəti mövsümə kimin aparacağı məlum oldu

29 İyun 2020 16:56 Zirə 1 172
"Zirə"ni növbəti mövsümə kimin aparacağı məlum oldu

«Zirə» rəhbərliyi Zaur Həşimovun gələcək taleyini müəyyənləşdirib.

Sportinfo.az-ın məlumatına görə, yönətim uzun müzakirələrdən, məşvərət və məsləhətləşmələrdən sonra baş məşqçiyə daha bir şans verməyi qərara alıb.

Komandanı gələn mövsümə gənc çalışdırıcı hazırlayacaq. Həşimov ötən sezonun ilk dövrəsindən sonra komandanın sükanı arxasına keçib.

Samir Abasovu əvəzləmək üçün «Qəbələ»dəki iş yerini tərk edən mütəxəssis onatapşırılan vəzifənin öhdəsindən gəlməyi bacarmayıb.

Rəhbərliyin ona hərtərəfli şərait yaratmasına baxmayaraq. Böyük transfer büdcəsindən istifadə edən Həşimovdan avrokuboklara vəsiqə istənilsə də, o, ciddi şansı qaçırıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!